Ərdoğan bəzi binaların uçurulması əmrini verdi
06 Oktyabr 2012 Şənbə 06:02
Söküntü işlərinin dinamit, traktor və insan qüvvəsi ilə həyata keçirilərək 110 gündə başa çatması planlaşdırılır.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ən böyük layihələrindən biri olan “Şəhərə Çevrilmə” (Kentsel Dönüşüm) planının icrasına ötən gün başlanılıb. İlkin mərhələdə ölkənin 35 vilayətində həyata keçirilən layihə çərçivəsində zəlzələ, sel və s. təbii fəlakət qarşısında risk daşıyan, habelə şəhər planına uyğun olmayan ev, iş yerləri və inzibati binalar sökülərək yeni binalarla əvəzlənəcək. Söküntü işlərinin yerinə görə, dinamit, traktor və insan qüvvəsi ilə həyata keçirilərək 110 gündə başa çatması planlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar