Ərdoğan Bərzani ilə duet oxudu
01 Aprel 2011 Cümə 05:32
Türkiyə baş naziri baş müşaviri İbrahim Kalının sazda ifa etdiyi mahnını oxuyub
Bir neçə gün əvvəl İraqda rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu ölkədə həvəskar kamera ilə çəkilmiş yeni bir video görüntüsü yayılıb. Video-çarxda Şimali İraq yerli kürd idarəsinin lideri Məsud Bərzani ilə yanaşı oturan baş nazir Ərdoğan sazın müşayiəti ilə “Yəmən” türküsünü oxuyur.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Məsud Bərzani ilə təkbətək görüşdüyü vaxt onları gözləyən heyətin tərkibində olan dövlət naziri Zəfər Çağlayan pianoda bir neçə mahnı ifa edib.
Nəçrivan Bərzani qardaşının Anadolu musiqisini, xüsusilə də “Yəmən” türküsünü çox sevdiyini və hökmən bu musiqiyə qulaq asmaq istəyəcəyini deyib.
Baş nazirliyin müşaviri İbrahim Kalın isə sazla bu mahnını ifa edə biləcəyini deyib. İqamətgaha saz gətirilib və liderlər arasında olan təkbətək görüş başa çatdıqdan sonra heyətdə olanlar birlikdə “Yəmən” türküsünü oxuyublar. Mahnının oxunmasında baş nazir Ərdoğan da iştirak edib.
DOSTLARINLA PAYLAŞ: