Ərdoğan: “Başbuğ barəsində verilən həbs qətimkan qərarı arzuolunmazdır”
10 Yanvar 2012 Çərşənbə Axşamı 06:32
Türkiyənin baş naziri ilk dəfə sabiq baş qərargah rəisinin həbsindən danışıb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sabiq baş qərargah rəisi general İlkər Başbuğun həbsi barədə danışıb. Məsələ barədə hüquqi proses başladığını bildirən Ərdoğan bu zaman ərzində özünün danışmasının doğru olmayacağını deyib. “Bu məsələ barədə hüquqi proses başlayıb. Bu proses daxilində mənim bir söz deməyim düzgün olmaz”.

Ərdoğan iki il birlikdə işlədikləri iş yoldaşı barəsində verilən həbs qətimkan qərarının olmamasını arzuladığını deyib. “Baş qərargah rəisi və baş nazir kimi birlikdə işlədiyim iş yoldaşımdır və məhkəmə prosesinin həbs qətimkan tədbiriylə yox, azadlıqda davam etməsi mənim həmişəki arzumdur. Bunun sürətlə başa çatması şəxsimin və partiyamın arzusudur. Çünki belə bir yolu biz doğru yol kimi görmürük”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar