Ərdoğan anasının qırxında Quran oxudu
17 Noyabr 2011 Cümə Axşamı 06:20
Məscidin həyətində baş nazirin anası üçün ətli plov, ayran və “loxma” şirniyyatından ibarət ehsan verilib.
Ötən gecə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın anasının 40 mərasimi olub. Bu məqsədlə İstanbulun “Eyyub Sultan” məscidində mərhumənin ruhu üçün Qurani Kərim və Mövlud oxunub. “Cihan” agentliyinin yaydığı məlumata görə, mərasimdə Ərdoğan özü də Quran oxuyub və anası üçün dua edib. Məscidin həyətində isə baş nazirin anası üçün ətli plov, ayran və “loxma” şirniyyatından ibarət ehsan verilib.
Xatırladaq ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın anası Tənzilə Ərdoğan oktyabrın 7-də müalicə olunduğu xəstəxanada vəfat etmişdi.
DOSTLARINLA PAYLAŞ: