Ərdoğan AKP-nin fəxrini istefaya göndərdi
30 Yanvar 2013 Çərşənbə 06:34
Baxçalı daxili işlər nazirinin istefaya göndərilməsinə etiraz edib.
Türkiyənin müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı daxili işlər naziri İdris Naim Şahinin istefaya göndərilməsinə etirazını bildirib. Baxçalı AKP-nin (Hakim Ədalət və İnkişaf Partiyası) fəxri olan bir nazirin PKK terror təşkilatı ilə danışıqlara qurban edildiyini iddia edib.

“AKP-nin fəxri olan və vəzifəsini layiqli şəkildə yerinə yetirən sabiq daxili işlər naziri İdris Naim Şahinin müzakirə prosesinə (terrorçu lider Öcalanla danışıqlar) qurban verilməsi baş nazirin qərarlarına kimin istiqamət verdiyini göstərir. Görünən odur ki, sülh göyərçinləri uçuracağını deyən yeni nazir göyərçinlərə mayallaq aşdırmaqdan başqa bir işə yaramayacaq və terrorçuların dəyirmanına həvəslə su daşıyacaq. İmralı canisi (Abdullah Öcalan) istədiqcə alır, aldıqca təzyiqləri çoxaltmaqdadır. Hökumət bir avuc separatçının oyuncağı olub, ləyaqət və heysiyyət baxımından bataqlığa batıb” – deyə Baxçalı çıxışında bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar