Ərdobğanın bəyanatı İrəvanı təşvişə salıb
19 Sentyabr 2009 Şənbə 04:00
Edvard Nalbandyan: “Biz Türkiyə ilə münasibətlərin normallaşdırılmasının Dağlıq Qarabağ problemi ilə şərtləndirilməsini istisna edirik”
“Türkiyə tərəfi məlumatlandırılıb ki, biz ölkələrimiz arasında münasibətlərin normallaşdırılmasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə şərtləndirilməsini istisna edirik”. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edib. Onun belə bir bəyanatla çıxış etməsinə Türkiyənin baş naziri Rəcəb Tayyip Ədrdoğanın KİV rəhbərliyi ilə iftar yeməyi zamanı Türkiyə-Ermənistan münasibətləri ilə bağlı açıqlamaları səbəb olub. Rəcəb Tayyip Ərdoğan deyib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan sərhədlər açılmayacaq: “Biz onlara bu barədə demişik. Tərəflər Qarabağ məsələsinin həllinə çox yaxındırlar. ATƏT-in Minsk Qrupunun işləri fəallaşmalıdır”.
Edvard Nalbandyan bu bəyanatı şərh edərkən bildirib ki, iki prosesi bir-birinə bağlamaq həm biririncinin, həm də ikincinin pozulmasına səbəb ola bilər: “Analoji mövqe çoxsaylı ölkələr, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər tərəfindən dəstəklənir. Onlar dəfələrlə bəyan ediblər ki, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesi heç bir ilkin şərt irəli sürülmədən davam etdirilməlidir. Biz məhz bu cür qarşılıqlı anlaşma şəraitində danışıqlara başlamışıq və protokollarda qeyd olunan razılaşmalara nail olmuşuq”.
Edvard Nalbandyan açıqlamasında şantaja da əl atıb: “Əgər Türkiyə rəhbərliyinin sənədlərinimzalanması ilə bağlı problemləri varsa, onları sənədlərin ruhuna və məqsədlərinə zidd getməklə həll etməməlidir. Sənədlərin imzalanması çətinliklərlə dolu prosesdir. Lakin Ermənistan gələcək təkamül üçün razılaşmalara hörmətlə yanaşmağa hazırdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar