Ər və arvad bacı-qardaş çıxdılar
08 Avqust 2014 Cümə 10:21
Məlumata görə, hər ikisi yetimxanada böyüyən Adriana və Leonardo cütlüyünün anası eyni qadın olub.
Braziliyada elə Braziliya serialarına bənzəyən qeyri-adi hadisə baş verib. ANS PRESS-in xəbərinə görə, televiziya proqramlarından birində anasını axtaran qadının əri ilə bacı-qardaş olduqları mlum olub.
Məlumata görə, hər ikisi yetimxanada böyüyən Adriana və Leonardo cütlüyünün anası eyni qadın olub.
Bu gərçək qarşısında şoka düşən cütlük boşanmayacaqlarını, birlikdə anaları ilə görüşməyə gedəcəklərini açıqlayıblar.
Qeyd edək ki, artıq 7 ildir ailəli olan cütlüyün 6 yaşlı qızları da var.
Mütəxəssislər isə “Genetic sexual attraction” (Genetik cinsi cazibə) nəzəriyyəsinə görə, yetkin yaşda ilk dəfə qarşılaşan bu cür qohumların birbirinə yaxınlıq hiss etməsini mümkün sayır.
DOSTLARINLA PAYLAŞ: