Damian həyat yoldaşı Debbinin ölən anasının külünü saxladığı qabı yerə atıb qırdıqdan sonra tozsoranla külünü sovurub.
Polşalı bir kişi həyat yoldaşını döydükdən sonra qulağını dişləyərək qopardıb.
ANS PRESS-in xəbərinə görə, Polşada ticarət mərkəzlərindən birində işləyən Damian Şvedjuk adlı ərin həyat yoldaşına etdiyi vəhşilik ölkədə müzakirə mövzusu olub.
Hadisənin baş verməsinə səbəb Damianın həyat yoldaşı Debbinin ölən anasının külünü saxladığı qabı yerə atıb qırdıqdan sonra tozsoranla külü sovurması olub.
Qadın anasından qalan xatirəyə bu şəkildə zərər verən ərinə reaksiya göstərdikdə, Damian tərəfindən döyülüb və ürəyi soyumayan sadist ər arvadının qulağını dişləyərək qoparıb.
32 yaşlı Damian arvadının qulağını qoparmaqla yanaşı, yumruğu ilə qadının dodağını da pis vəziyyətə salıb. Güc-bəla ilə ərinin əlindən xilas olan qadın dərhal qışqıraraq köməyə qonşuları çağırıb.
Qonşular dərhal gələrək qadını vəhşi ərin əlindən xilas ediblər. Damianı isə polislər yaxalayıb. Həbs edildikdən sonra məlum olub ki, onun psixoloji problemləri var və bundan əvvəl də adam yaralamaq cinayəti səbəbilə 4 il 11 ay həbs cəzası alıb.