Ər arvadını döyməyə söz verib
21 May 2010 Cümə 19:30
Mərdi qovub namərd etdilər. İranda ər arvadını döyməyə söz verib.
İranda 24 yaşlı bir qadın ərinin onunla xoş rəftar etdiyini və ona qarşı zorakılıq tətbiq etmədiyini əsas gətirərək məhkəməyə müraciət edib. “Fars” xəbər agentliyinin verdiyi məlumata görə, Tehran məhkəməsinə müraciət edən qadın ərizəsində ərinin xoş xasiyyətli olduğunu bildirib. Ərinin onu döyməsini tələb edən qadın, əks halda ondan ayrılmaq istədiyini deyərək məhkəməyə müraciət edib.

“Həyat yoldaşımı çox sevirəm, ona görə də ona qarşı zorakılıq tətbiq etmirəm”,-deyə 28 yaşlı ər məhkəmədə bildirib.

Ərinin bu cür xasiyyətinə görə ayrılmaqda israr edən qadın nəhayət ki, ərini razı sala bilib. 28 yaşlı kişi məhkəməyə verdiyi yazılı izahatında arvadını döyməyi qəbul edib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar