Özbəkistanın «İslami cihad ittihadı» dini icması bəzi islam saytlarında və forumlarda mayın 25-26-da Əndican vilayətində baş vermiş hadisələrlə bağlı video görüntüləri yayıb. «Kavkaz senter» internet portalında bildirilir ki, video müraciətdə əmir müavini Abdulla Fatihin səsi ilə Əndican vilayətinin Xanabad yaşayış məntəqəsi yaxınlığında baş verənlər izah edilir.
«2009-cu il mayın 25-dən 26-na keçən gecə «İslami cihad ittifaqı» camaatının «Mavraunnəhr» bölməsinin mücahidlərinin bir qrupu Özbəkistanın Əndican vilayətinin Xanabad şəhərində milli təhlükəsizlik komitəsinin bölgə bürosu və kəşfiyyat qüvvələrinə qarşı silahlı hücum təşkil edib. İtki vermədən qərargahlarına geri döndülər. Mücahidlər kafir Kərimov rejiminin qoruyucusu olan təhlükəsizlik qüvvələrindən bir neçəsini öldürməyə müvəffəq oldular», - deyə açıqlamada bildirilib.
Açıqlamada həm də qeyd olunub ki, «İslami cihad ittihadı»nın məqsədi Kərimov rejiminə qarşı mübarizəni davam etdirməkdir və bu, Mərkəzi Asiyada planlaşdırılan əməliyyatların başlanğıcıdır. /ANS TV/