Dünyanın yüksək texnologiya şirkətlərinin ən zövqsüzlərinin siyahısı açıqlanıb. Zövqsüzlərin siyahısını "GQ" kişi juranlı tərtib edib. “Facebook”un yaradıcısı Mark Sukerberq siyahının ən birinici zövqsüzü seçilib.
Anti-reytinqin müəlifləri M.Sukerbqerin klassik pencəklər və cinslə geyindiyi qalstuklarına olan sevgisini xüsusi vurğulayıblar. GQ-nin dəbli tənqidçiləri bildiriblər ki, sosial şəbəkənin təsisçisi cinslərin kiçik ölçüdə olmasını və klassik kostyumların tam şəkildə satılmasına diqqət yetirməlidir.
Anti-reytinqin ikincisi Apple şirkətinin təsisçisi Stiv Cobs olub. Onun “dəb günahı” geyimlərinin yeknəsəqliyində olub. Daha doğrusu, Cobsun qara boğazlı köynəyi, cins və idman ayaqqabları nəzərdə tutulur.
Zövqsüzlərin üçüncüsü isə Microsoft şirkətinin yaradıcısı Bill Geyts seçilib. GQ onu magiya məktəbini bitirən Harri Porter adlandırıb. Jurnal yazır ki, "Armani”dən kostyum almaq imkanına malik Bill Qeyts bunun əvəzinə məktəb məzunlarının üslubunda olan geyimlər və ya müxtəlif rəngli V şəkilli jiletlər geyinməyə üstünlük verir.