Ən yaxşı polis həbs edildi
21 İyul 2010 Çərşənbə 23:20
Polis məmuru cibgirləri himayə edirmiş.
Bursada CHP sədri Kamal Kılıcdaroğlunun keçirdiyi kütləvi görüşlərdə iştirak edərək cibgirliklə məşğul olan dəstə yaxalanıb. 4 nəfərdən ibarət cibgir dəstəsinin yaxalanmasında maraqlı məqam isə onları himayə edən şəxsin polis məmuru, həm də ötən il Bursanın ən yaxşı polisi seçilmiş polisin olmasıdır.
Polisin ələ keçməsinə səbəb isə onun cibgir dəstəsinin üzvləri ilə telefon əlaqəsinin olması və bütün danışıqların onun həmkarları tərəfindən qeydə alınması olub.
Öz həmkarları tərəfindən həbs olunan polisin məhkəmə tərəfindən həbsə alınmadan mühakimə olunmasına qərar verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: