Ən yaşlı dustaq öldü
15 Fevral 2010 Bazar Ertəsi 17:40
Amerikalı ən yaşlı dustaq gözlərini və nitqini itiribmiş
Ömürlük həbs cəzası alan 94 yaşlı ABŞ sakini Viva Leroy Neş Florens türməsində ölüb. İlk dəfə 1930-cu ildə 15 yaşında silahlı basqına görə məhkum olan Neşin təbii səbəblərdən öldüyü bildirilir.

40-cı illərin sonunda polisə güllə atdığına görə 25 il müddətinə həbs olunan ABŞ sakini azadlıqda rahat yaşaya bilməyib. O, 1977-ci ildə qarət və qətlə görə ömürlük həbs cəzası alıb. Beş il sonra türmədən qaçan Neş daha bir qətl törətdikdən sonra ələ keçib. 1983-cü ildə isə məhkəmə onun barəsində ölüm hökmü verib.

Vəkilləri Neşin ölüm hökmünün ömürlük həbslə əvəz olunmasına nail olsalar da, onun ölümünə mane ola bilməyiblər. “Neşin vəziyyəti çox pis idi. Demək olar ki, gözləri görmürdü, nitqini itirmişdi və psixi pozğunluqdan əziyyət çəkirdi”,-deyə onun vəkili bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar