Ən uzunömürlü ailə (FOTO)
02 Noyabr 2012 Cümə 17:41
Uzun və xoşbəxt ailənin sirri açılıb
Dünyanın ən uzunömürlü ailəsi Ginnesin Rekordlar kitabına adını yazdırmağa hazırlaşır. ANS PRESS-in məlumatına görə, İngiltərədə yaşayan Çand cütlüyü 87 ildir ki, birlikdədir. Əslən Hindistanın Pəncab əyalətindən olan Çand cütlüyü 1925-ci il 6 yanvarda ailə qurub. 107 yaşlı Karamla 100 yaşlı Katarinin bu evlilikdən 8 uşağı, 28 nəvəsi var.

Cütlük belə uzunmüddətli evliliyin sirrini bir-birinə diqqət etməkdə gizli olduğunu deyib. “Mənim sirrim Katarini güldürməkdədir. Zarafatlarla həyat yoldaşımı güldürməyi sevirəm. Arvadımı o qədər çox sevirəm ki, onunla daha bir 80 il yaşamaq üçün əlimdən gələni edərəm".

Yaşlı qadın isə əri vegeterian olduğu üçün bu illər ərzində ona hər gün təzə tərəvəzlərdən yemək bişirib: “Sağlamlıq çox vacibdir. Karama yaxşı baxmağa çalışdım ki, birlikdə yaşlana bilək. Mən həmişə öz kapattimin (yuxaya bənzər çörək) bir parçasını həmişə ona saxlayırdım. Bu həm onu xoşbəxt edir, həm də mənim arıq qalmağıma kömək edirdi".

Dünyanın ən uzunömürlü ailəsi bir-birindən ayrılmamağı da gözəl evliliyin sirri olduğunu deyib. Karam Çandın sözlərinə görə, onlar heç vaxt bir-birindən ayrı qalmayıb və həmişə birlikə yatıb.

Qeyd edək ki, hazırda ən uzunömürlü ailə rekordu 14 fevral 1929-cu ildə evlənən Marşal və Vinnie Kuykendall cütlüyünə aiddir. Onlar ABŞ-da yaşayırlar.





DOSTLARINLA PAYLAŞ:

oyunlar