Ən güclü ordunun əsgərləri öldürüldü
31 Yanvar 2015 Şənbə 05:20
Əfqanıstan Hərbi Hava donanmasına təlim keçən ABŞ-ın üç müdafiə işçisi Kabil hava limanında öldürülüb.
ANS PRESS-in məlumatına görə, hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb.

Zəbihullah Mühacid adlı üsyançı qrup bildirib ki, hücumu Kabil hava limanında işləyən Talibanın casusu həyata keçilib və cavab atəşi nəticəsində öldürülüb.

Ötən avqust ayında ABŞ-ın general-mayoru Harold Qrin Əfqanıstan əsgəri tərəfindən vurularaq öldürülmüşdü.

Dünən isə Əfqanıstanın şərqində dəfn mərasimində intiharçı bomba hücumu nəticədə 16 nəfər həlak olub, onlarla insan isə yaralanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar