Ən darıxdırıcı gün
27 Noyabr 2010 Şənbə 13:10
İngilis alim qəribə araşdırma aparıb
Ötən əsrin dünyada ən darıxdırıcı günü müəyyənləşdirilib. Böyük Britaniyanın Kembric Universitetinin alimi Uilyam Tanstoll-Pidou “True Knowledge” adlı xüsusi proqram hazırlayıb ki, bu proqrama xəbərlərdə yer almış 300 milyon fakt yerləşdirilib.
Proqram sonda avtomatik olaraq faktları saf-çürük edərək 1954-cü ilin 11 aprelini ən darıxdırıcı gün kimi seçib. Həmin günün əsas xəbərləri belədir: Həmin gün Belçikada referendum baş tutub. Bundan başqa Böyük Britaniyanın “Oldhem Atletik” klubunun yarımmüdafiəçisi Cek Şaflbot da 1954-cü ilin 11 aprelində vəfat edib. Həmin gün sonradan dünyada məşhur olacaq 3 uşaq da dünyaya gəlib.
Xatırladaq ki, 1954-cü ilin 11 aprelində o vaxtlar Fransanın koloniyası olan Hind şəhərciyi Yanamda dövlət çevrilişi planlaşdırılsa da bu baş tutmayıb.
DOSTLARINLA PAYLAŞ: