Ən çox silah alan ölkə Hindistandır
15 Mart 2011 Çərşənbə Axşamı 06:02
Hazırlanan hesabata görə, dünyada silah ticarətində böyük bir rəqabət var və ən karlı bazar Yaxın Şərqlə Şimali Afrikadır
“Sipri” Beynəlxalq Sülh araşdırmaları mərkəzinin keçirdiyi araşdırma nəticəsində məlum olub ki, dünyada ən çox silah alan ölkə Hindistandır. Mərkəzi Stokholm şəhərində olan qurum 2006-cı ildən 2010-cu ilin axırına qədər silah idxal edən ölkələri araşdırıb. Keçən 4 il ərzində Hindistanın idxal etdiyi silah miqdarında 21 faizlik çoxalma olub. Satın alınan silahların 82 faizi bu ölkəyə Rusiyadan gəlir.
Öz silahını istehsal, hətta ixrac etməyə başlayan Çin siyahının ikinci pilləsində qərarlaşıb. Cənubi Koreya isə Çinlə ikinci yeri paylaşır. Ölkə bu il dünyada satılan silahların 6 faizinə sahibdir. Çin və Cənubi Koreyanı 5 faizlə Pakistan təqib edir. Pakistanın silah idxalında keçən ilə nisbətlə 128 faiz çoxalma olub.
“Sipri”nin araşdırmalarına görə, dünyada ən çox silah satan ölkə ABŞ olub. ABŞ dünyada silah ixracından 30 faizlik paya sahibdir. Müqayisə üçün bildirilir ki, sadəcə 27 ölkənin silah ixracı toplandığı vaxt 34 faizlə ABŞ keçə bilir.
AB ölkələri arasında ən çox silah ixrac edən ölkə isə Almaniya olub. Axırıncı 5 ildə Almaniyanın silah ixracında 96 faizlik çoxalma olub. Almaniyanın ən çox silah satdığı ölkə isə Yunanıstandır. Yunanıstanı Cənubi Afrika və Türkiyə təqib edir.
Fransanın silah ticarətində isə 10 faizlik çoxalma qeydə alınıb. Fransanı İngiltərə təqib edir.
“Sipri”nin hazırladığı hesabata görə, dünyada silah ticarətində böyük bir rəqabət var və ən karlı bazar Yaxın Şərqlə Şimali Afrikadır. Bu ölkələr arasında əsas plana çıxan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İsrail, Misir, Əlcəzair və Liviya diqqəti cəlb edir.
DOSTLARINLA PAYLAŞ: