Ən çox müsəlmanın yaşadığı ölkənin qibləsi səhv imiş
17 İyul 2010 Şənbə 21:15
İndoneziya xalqı illərdir namazını səhv qiblə ilə qılıb.
Dünyanın ən çox müsəlman yaşayan ölkəsi olan İndoneziyada xalqın uzun illərdir ki, yalnış istiqaməti qiblə kimi qəbul edərək namaz qıldığı müyəən olub. Bu barədə ötən gün ölkənin Üləmalar Komitəsinin yaydığı bəyanatda bildirilib.

Əhalisinin sayı 200 milyondan çox olan İndoneziyada müsəlmanlar əhalinin 86 faizini təşkil edir. Ölkənin əsas dini qurumunun bəyanatında hələlik məscidlərin sökülməsinə ehtiyac olmadığını bildirsə də, əhalidən namaz qılarkən istiqamətlərini nisbətən simal-qərəbə doğru çevirmələri rica edilib.

İndoneziya Üləmalar Komitəsinin rəhbəri Halil Rıdvan “Reuters” agentliyinə açqılamasında: “Məscidlərin Məkkə deyil, Somali yaxud da Kenya istiqamətində tikildiyini gördük və bu səbəbdən də xalqdan namaz qılarkən istiqamətlərini nisbətən şimal-qərbə çevirməsini istəmişik”,-deyə bildirib.

Ölkənin baş dindarı əhalinin indiyə qədər qıldıqları namazın qəbul edilməməsi ilə bağlı narahatlığa da aydınlıq gətirib: “Onların duaları yenə də Allah tərəfindən eşidiləcək”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar