Ən bahalı avto kirayə
28 Avqust 2010 Şənbə 19:40
Türkiyə Avropanı geridə qoydu.
Türkiyə avtomobillərin gündəlik kirayə qiyməti ilə Avropa ölkələrini geridə qoyub. Əcnəbi turistlər Türkiyədə maşınların olduqca bahalı qiymətlərlə kirayə verilməsindən şikayət edir. İyul -avqust aylarındakı avtomobillərin kirayə verilməsində artan qiymətlər xarici turistlərin diqqətindən yayınmayıb. Belə ki, İngiltərədə aparılan araşdırma nəticəsində Avropa ölkələri arasında avtomobillərin ən bahalı qiymətlərlə məhz Türkiyədə kirayə verildiyi məlum olub.

Avqust ayında maşınlaırn kirayə verilmə haqqı İtaliyada orta hesabla gündəlik 46 avro, İngiltərə, Amerika, Yunanıstanda 45 avro, Fransa 42, İspaniya 41 avro olduğu halda Türkiyə 48 avro ilə ən bahalı avtomobil xidməti göstərən ölkə çıxıb. Məsələn, Türkiyədə lüks avtomobillər kirayə verən “Thrifty” avtomobil kirayə şirkəti bildirib ki, Almanyada “BMW” markalı avtomobillər gündəlik olaraq 150 avroya kirayə verilərkən Türkiyədə 250 avroya verilir. Bu fərq isə Türkiyədə vergilərin, eləcə də yanacağın qiymətinin yüksək olması ilə izah edilir.

Siyahı:
Türkiyə 48.84 avro
Xorvatiya 46.63 avro
İtaliya 46 avro
İngiltərə 45.37 avro
ABŞ 45.26 avro
Yunanıstan 45.20 avro
Fransa 42.90 avro
İspaniya 41.42 avro
Portuqaliya 33.40 avro
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar