Ən axmaq boşanmalar
23 Oktyabr 2009 Cümə 23:55
Məntiqsiz səbəb üzündən boşananların siyahısı açıqlanıb
Bu yaxınlarda maraqlı araşdırma aparılıb. Belə ki, baş verən ən ağılasığmaz və qeyri-adi boşanma hallarının siyahısı müəyyən olunub.
5) 67 yaşlı rumıniyalı pensioner B.Sandu 47 yaşlı qadınla evlənərək onunla düz 8 ay firavan həyat sürüb. Lakin doqquzuncu ayda arvadının pişiyi onun iki sevimli tutuquşusunu yediyinə görə onlar yollarını ayırmalı olub.
4) İngiltərəli futbol azarkeşi Nil Düxart məhkəmədə boşanması ilə bağlı ifadə verərkən bildirib ki, həyat yoldaşı onun avtoqrafla dolu olan sevimli köynəyini yuyub. Məhkəmə qadını vandalizmdə təqsirləndirərək onların nikahına son qoyub.
3) ABŞ-ın Klivlend ştatından olan Danielsonunun həyat yoldaşı detektiv əsərlərindən ötrü "sino" gedirmiş. Əri isə onun oxuduğu hər yeni kitabın 30-cu səhifəsində əsərin qatilinin adını yazırmış. Təbii ki, bundan sonra qadının əsəri oxumağa marağı qalmırmış. Məhkəmədə bunları dinləyən hakim qadını müdafiə edərək həyat yoldaşı ilə sərt davrandığına görə onları boşayıb.
2) 55 yaşlı almaniyalı bir vətəndaş internetdə 38 yaşlı Rendi adlı bir gözəl qadınla tanış olur. Maraqlıdır ki, Rendi həyatda şəkildəkindən də gözəl olub. Ancaq toy gecəsi gözəlçə Rendinin kişi olduğu məlum olur. Sən demə, onu adı Rendi deyil, Ralf imiş və o iki uşaq atasıdır.
1) Bosniyda 32 yaşlı Adnan Klariç və 27 yaşlı Sana internetdə tanış olub. Lakin onların bəxti bir az gətirmir. Belə ki, onlar “Konfetka” və “Prins” nikləri ilə tanış olur. Ehtiraslı onlayın söhbətlərindən sonra aşiqlər görüşmək qərarına gəlir. Təəssüf ki, onlar ümidsizliyə düçar olur və nəticədə bir-birilərini xəyanətdə günahlandıraraq boşanırlar.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: