Emomali Rahmon: “İslam Kərimovla dəfələrlə dalaşmışıq, amma Səmərqənd və Buxaranı alacağıq”
10 Dekabr 2009 Cümə Axşamı 15:45
Tacikistan prezidenti Emomali Rahmon jurnalistlərlə görüşündə Özbəkistan prezidenti İslam Kərimovun ünvanına sərt ifadələr səsləndirib.
APA-nın “Vremya novostey” qəzetinə istinadən verdiyi məlumata görə, E. Rahmon Özbəkistanın Səmərqənd və Buxara şəhərlərinə iddia edib.

Tacikistan prezidenti deyib ki, əvvəllər özbək həmkarına yaxşı münasibət bəsləyib, lakin sonradan fikrini dəyişib: “Bu insan taciklərə aid nə varsa, onunla mübarizə aparır, bizim ölkəmizin inkişafını istəmir, yolları bağlayır, soyuq qış günlərində elektrik enerjisini kəsir”.

E. Rahmon Özbəkistanda taciklərin sıxışdırıldığını söyləyib: “Bir dəfə biz birlikdə Səmərqəndə getmişdik. Mən yolda bir nəfərdən soruşdum ki, hansı millətdənsən? O, Kərimova baxaraq qorxa-qorxa “mən səmərqəndliyəm”, dedi. Bax, taciklər indi bu gündədir”.

E. Rahmon İ. Kərimovla dəfələrlə mübahisə etdiyini, hətta dalaşdıqlarını açıqlayıb: “Birinci dəfə bizi Nazarbayev, ikinci dəfə Kuçma ayırdı. Ona dedim ki, Səmərqənd və Buxaranı alacağıq”.

Qeyd edək ki, Səmərqənd və Buxara 1920-ci illərdə Özbəkistan SSR-in tərkibinə daxil edilib. Taciklər bu şəhərləri öz tarixi-mədəni mərkəzləri sayır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar