Əminə Ərdoğan və Gül yeni siyasi partiyanın idarə heyətində
02 Noyabr 2010 Çərşənbə Axşamı 05:55
Türkiyədə daha bir siyasi partiya yaradıldı.
Türkiyənin sabiq baş naziri olmuş və 28 fevral 1997-ci ildə hərbi müdaxilə ilə istefa verməyə məcbur edilən Nəcməddin Ərbakanın idarə etdiyi “Səadət” partiyasının (SP) sədri Numan Kurtulmuş yeni siyasi partiya yaradıb. Qeyd edək ki, Numan Kurtulmuş bir müddət əvvəl N. Ərbakanla aralarında olan daxili münaqişə səbəbilə SP sədrliyindən istefa vermişdi. Kurtulmuşun yaratdığı yeni siyasi partiyanın adı isə “Xalqın Səsi” partiyasıdır. (HAS parti)

Siyasətdə “sağçı, solçu, mühafizəkar, liberal” kimi müəyyən edici sözlərin köhnəldiyini deyən Kurtulmuş siyasəti yenidən formatlayacaqlarını iddia edib. Kurtulmuş HAS partiyanın embleminin isə “Osmanlı günəşi” olduğunu deyib.

Qeyd edək ki, partiyanın idarə heyətində baş nazir Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı ilə eyni ad və soyadı (Əminə Ərdoğan) həmçinin ölkə prezidenti Abdullah Güllə eyni soyadı daşıyan (Abdulhəmid Gül) şəxslərin olması ilk baxışdan ölkə sakinləri arasında çaşqınlıq yaradıb.

Nəcməddin Ərbakanın daha əvvəl sədr olduğu “Refah”, “Fazilət”, “Səadət”, həmçinin sabiq baş nazir Tansu Çillerin sədr olduğu “Doğru Yol” (DYP) və sabiq baş nazir Məsud Yılmazın sədr olduğu “Ana Vətən” (ANAP) partiyalarından ayrılmış bir çox siyasətçi yeni yaradılan “HAS” partiyasının üzvü olub.

“HAS”, hal-hazırda Türkiyədə fəaliyyətdə olan 67-ci siyasi partiyadır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar