Əlvida ərim, salam arvadım!
21 Avqust 2011 Bazar 14:55
Evləndikdən 2 ay sonra əri dönüb arvad olan qadın belə yaşamağın çox çətin olduğunu bildirib.
Evləndikdən sonra əriniz “bundan sonra həyatımı qadın olaraq davam etdirmək istəyirəm” desə, nə edərdiniz? Elə amerikalı Diana Danila da bu sualın qarşısında çətinliklə qərar verməli olub.
Diana Danila əri ilə 2003-cü ildə Sevgililər günündə tanış olub. Bir il birlikdə olduqdan sonra, 2004-cü ildə nikah bağlayıblar. Amma gənc ailənin xoşbəxtliyi cəmi 2 ay sürüb. Danilanın əri Vessel iki ayağını bir başmağa dirəyib ki, mən bundan sonra qadın kimi yaşamaq istəyirəm. Əvvəlcə buna razı olamayaraq, hər gün ağlayan Danila sonradan ərilə birlikdə psixoloji kursda müalicə almağa başlayıb. Lakin Diananın əri fikrindən yenə də daşınmayıb.
“Görəsən ərimi qadın kimi sevə bilərəmmi?”, - deyə, Diana beynində bu suala cavab axtarmağa çalışıb. Sonradan qəti qərar verib, bəli!
Yaşadıqları sanki bir dastan oldu...
İndi Diana qadın kimi geyinən, cinsiyyətini dəyişmək üçün əməliyyata hazırlaşan və adını Lina ilə dəyişən kişi ilə yaşayır. “Əlvida ərim, salam arvadım” adlı kitab yazan Diana yaşadıqlarını kitabda bir-bir qeyd edib. Diana 1.85 sm boyunda, qalın səsli, qadınlaşmağa çalışan bir tərəfdaşla yaşamağın çox çətin olduğunu bildirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: