Əlil uşaq ördəyi təqlid edərək gəzməyə başladı
12 Fevral 2010 Cümə 06:50
Lomaksın anası cücəni evə gətirdikləri gündən bəri oğlunun diqqətlə onun yeriyişini təqib etdiyini bildirib
İngiltərənin Devon şəhərində gəzə bilmədiyi üçün əlil arabasından istifadə edən 4 yaşlı Finlay Lomaks adlı uşaq ördək balasını təqlid edərək gəzməyə başlayıb. Lomaksın anası cücəni evə gətirdikləri gündən bəri oğlunun diqqətlə onun yeriyişini təqib etdiyini bildirib: “Oğlumun gəzdiyi görəndə əvvəl gözlərimə inanmadım. Eyni ördək kimi gəzməyə çalışırdı. Bir neçə addımdan sonra isə gəzməyə nail oldu”.
Qeyd edək ki, həkimlər keçirdiyi xəstəliyə görə, Lomaksın qıçlarındakı əzələlərin zəiflədiyini, bir daha çətin gəzəcəyini demişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: