Əlcəzairdə baş vermiş dəhşətli qəzada itkin düşənlərin sayı 77 nəfərdir
12 Fevral 2014 Çərşənbə 13:12
Hadisə Si-130 modelindən olan iri hərbi təyyarənin dağa çırpılaraq partlaması nəticəsində baş verib.
Əlcəzairdə baş vermiş dəhşətli aviaqəzasından sonra Müdafiə Nazirliyi rəsmi itki sayının 77 nəfər olduğunu açıqlayıb. Hadisə Si-130 modelindən olan iri hərbi təyyarənin dağa çırpılaraq partlaması nəticəsində baş verib. Yalnız göyərtədə olan bir nəfərin avia-faciədən sağ çıxdığı bildirilir.
Medianın yaydığı məlumatlara görə, təyyarə həqiqi təyinat nöqtəsindən 50 kilometr aralıda, Fortas dağına çırpılıb və partlayış nəticəsin 3 hissəyə parçalanıb.
Sağ qalan yeganə şəxs əsgərdir, o baş nahiyəsindən aldığı xəsarətdən Əlcəzair hərbi xəstəxanasında müalicə olunur. Qəzaya ilkin səbəb kimi pis hava şəraiti, və sərt küləklər göstərilir.
DOSTLARINLA PAYLAŞ: