Əlcəzair Liviyaya zərbə vurdu
18 May 2014 Bazar 21:27
Əlcəzair Liviyadakı səfirliyini və konsulluğunu bağladı.
Əlcəzair Liviyadakı səfirliyini və konsulluğunu bağlayıb.

ANS PRESS-in məlumatına görə, Əlcəzair qonşu Liviyanın paytaxtı Tripolidəki səfirliyini və konsulluğunu bağlayıb.

Ölkənin xarici işlər nazirliyi Müəmmar Qəddafi hakimiyyətinin süqutundan sonra Liviyada diplomatik missiyalara qarşı hücumlar olunduğunu və əməkdaşlarının oğurlandığını, əlcəzairli diplomatların həyatları üçün də real təhlükə yarandığı üçün belə bir addım atıldığını bəyan edib.

Nazirlik, səfirlik və konsulluğa qarşı terror aktları törədilməsi barədə dəfələrlə informasiya aldıqlarını və diplomatik nümayəndəliyin Liviya rəsmləri ilə əldə olunmuş razılığa əsasən, təhlükəsizlik məqsədilə müvəqqəti bağlandığını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar