“Əlaqə hər an kəsilə bilər”
29 Aprel 2011 Cümə 05:28
Kanal “D”-nin canlı efirində yazılmış titr tamaşaçıları təəccübləndirdi
Türkiyənin kanal “D” efirində qeyri-adi titr yazılıb. Hadisə Mehmet Əli Birandın aparıcı olduğu əsas xəbər buraxılışı vaxtı baş verib. Kanal “D”-nin Suriyaya ezam olunmuş müxbiri ilə birbaşa efirdə əlaqə quran Birand tamaşaçılara texniki problemlər baş verə biləcəyinə dair xəbərdarlıq edir. M. Ə. Birand müxbirə “danışa bilirsən danış. Danışa bilməsən də nə edək?” – deyir. Qeyd edək ki, kanal “D”-nin müxbiri danışmağa başlasa da Birandın narahatlığı üzündən oxunur. Rejissor isə ekranda yazdığı “Əlaqə hər an kəsilə bilər” (Bağlantı her an kopabilir) yazısı ilə narahat olan Biranda dəstək verir.
DOSTLARINLA PAYLAŞ: