Əl-Qaidənin yeni lideri Ayman əz-Zəvahiri oldu
16 İyun 2011 Cümə Axşamı 12:31
Ayman əz-Zəvahiri ən təhlükəli cinayətkarlardan biri sayılır.
Əl-Qaidə terror qruplaşmasının yeni lideri Ayman əz-Zəvahiri təyin olunub. ABŞ-ın xüsusi xidmət orqanları Ayman əz-Zəvahirini 1998-ci ildə Keniya və Tanzaniyadakı səfirliklərdə partlayışların təşkilində ittiham edir. Ayman əz-Zəvahiri Federal Araşdırmalar Bürosunun axtarışda olan 10 ən təhlükəli cinayətkarından ibarət siyahısına daxildir.
Xatırladaq ki, Əl-Qaidə terror qruplaşmasının əvvəlki lideri Usama Bin Laden mayın 2-də Pakistanda ABŞ xüsusi təyinatlıları tərəfindən qətlə yetirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: