“Əl-Qaidə” yeni video-bəyanatla çıxış edib
21 İyun 2010 Bazar Ertəsi 00:50
“Əl-Qaidə” yeni video-bəyanatla çıxış edib. Məruzəçi, Amerikadan Əfqanıstan və İraqdan hərbi qüvvələrini çıxarmağı tələb edib.
Terror təşkilatı “Əl-Qaidə” növbəti video-bəyanatla çıxış edərək Amerikadan Əfqanıstan və İraqdan hərbi qüvvələrini çıxarmağı tələb edib. Təşkilatın məruzəçisi olduğu bildirilən Adəm Gadahn təşkilata aid internet saytında nümayiş olunan video-bəyanatda 24 dəqiqə çıxış edib.

Gadahn “Əl-Qaidə” ilə ABŞ arasında atəşkəs üçün bəzi şərtlər irəli sürüb: “ABŞ Əfqanıstan və İraqdan ordusunu çıxarmalı, İsrailə hər cür dəstəyini dayandırmalı, müsəlmanların işlərinə müdaxilə etməyə son verməli, həbsdə olan bütün müsəlmanları azadlığa buraxmalıdır!”

Qeyd edək ki, Gadahn son günlər Barak Obamanın müsəlmanlar arasında dəstəyini itirməsi barədə mətbuatda çıxan xəbərləri öz bəyanatında təkrarlayıb.

Xatırladaq ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) Adəm Gadahnın başına bir milyon dollar mükafat vəd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar