Əl-Qaidə yeni dövlət yaradır
13 Avqust 2013 Çərşənbə Axşamı 18:14
Terror təşkilatı, bunun üçün Suriyanın şimalındakı neftlə zəngin Rimelan şəhərini ələ keçirməyi planlaşdırır.
Suriyada vətəndaş müharibəsinin getdiyi bir vaxtda Əl-Qaidə ölkədə İslami hökmlərlə idarə olunan “əmrlik” qərargahının yaradılması ilə bağlı plan hazırlayır.
ANS PRESS-in Türkiyə mətbuatına istinadla vediyi xəbərə görə, Əl-Qaidə, prioritet olaraq Suriyanın şimalındakı neftlə zəngin Rimelan şəhərini ələ keçirməyi planlaşdırır.
Türkiyənin kəşfiyyat dairələri bu məsələ ilə bağlı maraqlı məqamlar ortaya çıxarıblar. Belə ki, terror təşkilatının bu məsələ ilə bağlı keçirdiyi yığıncaqda, PKK-ya yaxınlığı ilə tanınan PYD terror təşkilatı ilə qarşıdurmanın şiddətləndirilməsi ilə bağlı bəzi qərarlar verilib, o cümlədən tətbiq etmək istədiyi bəzi məsələlər hesabata salınıb. Yığıncaqda bildirilib ki, bu qərarların verilməsi, təşkilatın vətəndaş müharibəsi dövründə və müharibədən sonra izləyəcəyi yol xəritəsi baxımından olduqca əhəmiyyətlidir.
Yığıncaqda, həmçinin Suriyada İslami hökmlərlə idarə olunacaq əmirliyin yaradılması barədə də razılığa gəlinib. Hətta yaxın günlərdə bu qərarın reallaşdırılması üçün atacağı addımlar da müəyyənləşdirilib.
DOSTLARINLA PAYLAŞ: