Əl-Qaidə xəstəxanalardan qan oğurlayır
27 İyul 2010 Çərşənbə Axşamı 22:25
Yaraqlılar silahdaşlarını xəstəxanaya göndərməyə risk etmirlər.
İraqda Əl-Qaidə yaraqlıları Suriya ilə sərhəd yaxınlığındakı hospitala hücum edərək qan bankını yarıblar. “The New York Times” nəşrinin hospitalın həkimlərinə istinadən yazdığı xəbərə görə, qruplaşma üzvlərini yaralı silahdaşlarını hospitala göndərməklə onları riskə atmamaq istəyi buna vadar edib.

Qan bankı yarılan hospitalın həkimi yaraqlıların dərman preparatlarını ələ keçirmək üçün tez-tez bu üsuldan istifadə etdiklərini bildirib. Onun sözlərinə görə, silahlı şəxslər hətta bir dəfə pasientlərdən birini də oğurlayıblar. Bir neçə gün sonra azadlığa buraxılan xəstədən qan alındığı məlum olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar