Böyük Britaniyada Mİ-5 Məxfi Xidmətinin təsadüfən bir neçə “Əl-Qaidə” üzvünü qruma qəbul etməsi barədə məlumat müzakirə edilir. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, nüfuzlu müxalifyönlü siyasətçi Patrik Merser bu məlumatların araşdırılmasını tələb edib.
Merserin sözlərinə görə, 2005-ci ildə Londonda törədilən partlayışlardan sonra xüsusi xidmətin altı əməkdaşının işə götürülməsi, sonradan isə onların əvvəlki fəaliyyətləri ilə əlaqədar olaraq Mİ-5-dən azad edilməsi barədə məlumat əldə edib.
Lakin, Britaniya hökumətinin nümayəndəsi bəyan edib ki, xüsusi xidmət əməkdaşlarının işə qəbuldan sonra tezliklə ələnməsində heç bir qeyri-adilik yoxdur. /ANS PRESS/