“Əl-Qaidə” terror təşkilatı müsəlmanlardan zəkat istəyir
12 Avqust 2010 Cümə Axşamı 05:15
Təşkilatın komandirlərindən biri, bir çox yaraqlının pul və silah olmadığı üçün vuruşa bilmədiyini demişdi.
Amerika tərəfindən dünyanın ən təhlükəli terror təşkilatı elan edilən “Əl-Qaidə” müsəlmanlardan maliyyə yardımı tələb edir. Təşkilatın internet saytında təşkilat lideri Üsamə bin Ladenə aid olduğu bildirilən çağırışda müsəlman işadamlarının zəkatlarını təşkilata vermələri tələb olunur.
Xatırladaq ki, “Əl-Qaidə”nin Əfqanıstandakı komandirlərindən bri olan Mustafa Əbu əl-Yezid 2009-cu ilin may ayında belə bir çağırışla işadamlarına müraciət etmişdi. Əl-Yezid bir çox yaraqlının pul və silah olmadığı üçün vuruşa bilmədiyini demişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: