“Əl Qaidə” silahlıları Yəmənin bir şəhərini ələ keçirdilər
27 Mart 2011 Bazar 03:20
Silahlılar ölkədə yaranmış vəziyyətdən yararlanaraq, boşalmış hökumət binalarını tutublar.
“Əl Qaidə” silahlıları Yəmənin cənubunda şəhəri ələ keçiriblər. Məlumatı “Associated Press” agentliyi yayıb. Caar liman şəhərinin sakinlərinin sözlərinə görə, ölkədəki vəziyyətdən istifadə edən silahlılar boş qalan hökumət binalarını ələ keçiriblər, şəhərin girişindəki nəzarət-buraxılış məntəqələrini tutublar.

Yəməndəki kütləvi iğtişaşlarla əlaqədar aolis və təhlükəsizlik qüvvələri bir sıra yaşayış məntəqələrini tərk ediblər. Martın 25-də Yəmən prezidenti Əli Abdulla Saleh bildirib ki, qan tökülməsindən yyınmaq üçün hakimiyyəti etibarlı əllərə verməyə hazırdır.

Yəməndə kütləvi etiraz aksiyaları yanvarın sonlarından keçirilir. Nümayişçilər 1978-ci ildən ölkəyə rəhbərlik edən Əli Abdulla Salehin istefasını tələb edirlər. Onlar hakimiyyəti korrupsiyada, ərzaq qiymətlərinin və işsizlik səviyyəsinin artmasında günahlandırırlar.

Son günlər hərbi komandanlığın bir hissəsinin müxalifətin tərəfinə keçməsindən sonra ölkədə vəziyyət daha da gərginləşib. Martın 23-də 30 gün müddətinə fövqəladə vəziyyət rejimi elan edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar