“Əl Qaidə” qadınları cihada çağırdı
18 Dekabr 2009 Cümə 10:30
“Əl Qaidə” qadınları cihada çağırdı. Müraciəti Ayman Əl Zəvahirinin həyat yoldaşı Ümemə Həsən edib.
“Əl Qaidə” terror təşkilatı ilk dəfə olaraq qadınları cihada çağırıb.
Qadınlar üçün cihad müraciətini isə təşkilatın liderlərindən biri olan Ayman Əl Zəvahirinin həyat yoldaşı Ümemə Həsən edib.

Mesaj “Əl Qaidə”nin media qolu olan “Əl Sahab Media” tərəfindən yayımlanıb. O, “müsəlman qadınları kamikadze olaraq” cihada qatılmağa təşviq edib. “Müharibə etmək qadın üçün asan deyil. Çünki onlar yanlarında kişi qoruyuculara ehtiyac duyurlar. Amma biz də savaşda başqa şəkildə iştirak etmək istəyirik. Mücahidləri pul və ya məlumatla təmin edə, hətta kamikadzelik də edə bilərik. Müsəlman qadının ən vacib peşəsi isə uşaq tərbiyə etməkdir”- deyə müraciətdə deyilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar