“Əl Qaidə” partlayıcı yerləşdirilmiş bağlamaların məsuliyyətini üzərinə götürdü
06 Noyabr 2010 Şənbə 00:35
Terror təşkilatı sentyabrdakı təyyarə qəzasında da əlinin olduğunu təsdiqləyib.
“Əl Qaidə” terror şəbəkəsinin Yəməndəki özəli Birləşmiş Ərəb Əmirlikdərində sentyabrın əvvəllərində yük təyyarəsinin qəzaya uğramasına, eləcə də ötən həftə Böyük Britaniya və BƏƏ-də poçt yüklərində aşkarlanan partlayıcılara görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə məlumatı Amerikada İslam saytlarının monitorinqi mərkəzi (SITE Intelligence Group) yayıb.
SİTE-nin məlumatına görə, ““Əl Qaidə Ərəbistan yarımadasında” qruplaşması baş vermiş hadisələrlə əlinin olduğunu internet forumlarında təsdiqləyib.
Xatırladaq ki, Dubaydan Almaniyanın Köln şəhərinə uçan və UPS şirkətinə məxsus təyyarə sentyabrın 3-də qəzaya uğrayıb. Təyyarə Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinə məxsus bazanın ərazisinə düşüb. Hadisə nəticəsində iki pliot həlak olub. Təyyarə yerə düşməzdən əvvəl pilotlar məlumat veriblər ki, təyyarənin baş hissəsində yanğın və tüstü var. Qəzanın səbəblərinin araşdırılması davam edir.
Ötən həftə UPS və FedEx şirkətlərinə məxsus iki təyyarədə partlayıcı aşkarlandıqdan sonra, bu qəzanın də təyyarənin göyərtəsindəki partlayış üzündən baş verməsi ehtimalı aktuallaşıb. Londonun yaxınlığındakı hava limanı və Dubaydakı anbarda içərisinə partlayıcı qurğular yerləşdirilmiş bağlamalar aşkarlanıb. Partlayıcılar Yəməndəki eyni ünvandan ABŞ-a göndərilib və Çikaqodakı yəhudi təşkilatlarından birinə ünvanlanıbmış. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: