Əl-Qaidə Obamanı günahlandırdı
14 Dekabr 2009 Bazar Ertəsi 15:05
Əl-Qaidə Obamanı günahlandırdı. Təşkilatın ikinci adamı prezidenti sülh danışıqlarına mane olmaqda təqsirləndirib.
"Əl-Qaidə" terror təşkilatının "İki nömrəli adamı" kimi tanınan Ayman Əl Zəvahiri ABŞ prezidenti Barak Obamanı Yaxın Şərqdə sülh danışıqlarının irəliləməsinə mane olaraq, Ərəb dünyasını aldatmaqda günahlandırıb.
Zəvahiri internet saytlarının birinə göndərdiyi 25 dəqiqəlik səsli mesajda ABŞ-ın bölgədəki müttəfiqləri Misir prezidenti Hüsnü Mübarək və İordaniya Kralı Abdullahı da tənqid edib.
Zəvahiri ABŞ prezidentinin Yaxın Şərq siyasətini "özlərini əsir etmək və alçaltmaq üçün xaç və sionist kampaniyasının bir başqa dövrü" kimi xarakterizə edib. O, müsəlman və fələstinliləri İsrail və Fələstin torpaqları xaricində də cihadı davam etdirməyə çağırıb.
Zəvahiri, Pakistanda döyüşən müsəlmanları tərifləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: