“Əl Qaidə” iraqlıları hədələdi
06 Mart 2010 Şənbə 03:00
“Əl Qaidə” iraqlıları hədələdi. “Parlament seçkilərində iştirak edənlər Allahın qəzəbinə gələcəklər”.
“Əl Qaidə” terror təşkilatı iraqlıları martın 7-də parlament seçkilərində iştirak etməməyə çağırıb. Təşkilat vətəndaşların seçkidə iştirakının qarşısını almaq üçün “komendant saatı” elan edib.
Qruplaşmanın yaydığı bəyanatda deyilir ki, “komendant saatı” bütün İraq ərazisində səhər saat 06.00-dan axşam 18.00-dək davam edəcək. Təşkilat xəbərdarlıq edib ki, “komandant saatı”nı pozanlar “Allahın qəzəbinə gələcək və öz üzərlərində mücahidlərin bütün silah növlərini sınamış olacaqlar”.
“Əl Qaidə”nin bəyanatı İraqın dini liderlərinin cümə namazında əhalini səsvermədə iştiraka və bununla da müharibə nəticəsində sarsılmış demokratiya təməllərini qorumağa çağırmasından sonra təsadüf edibö
Xatırladaq ki, 2005-ci ildə-Səddam Hüseyn rejiminin süqutundan sonra keçirilən parlament seçkiləri sünnülər tərəfindən kütləvi şəkildə boykot edilmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: