"Əl-Qaidə" terror təşkilatı növbəti dəfə cihad elan edib. Bu dəfə hədəf neft sektorudur. Neft quyuları, neft anbarları, neft sektorunun idarəçiləri və işçilərini hədələyən "Əl-Qaidə", "iqtisadi cihad" elan edib. Neft sektoruna "iqtisadi cihad"ı təşkilat adına şeyx Abdullah bin Nasir Ər Raşid elan edib.
Neft qiymətlərini bahalaşdıraraq dünya iqtisadi böhranını bir az da dərinləşdirməyi hədəfləyən "Əl-Qaidə", "İqtisadi cihad düşmənlərimizdən intiqam almağın ən təsirli yolu olacaq!",– deyib. Şəxsiyyətini gizli saxlayan amerikalı neft mütəxəssisi isə, "Neft quyuları, neft kəmərləri, neft anbarları hər zaman terrorçular üçün hədəf olub. Amma bu dəfə açıqca bir hədələmə var",- deyə vurğulayıb. /ANS PRESS/