EL-Qaide Avropanın süretli qatarlarına hücuma hazırlaşır
19 Avqust 2013 Bazar Ertəsi 12:14
Almaniya tehlükesizlik tedbirlerine başlayıb.
“Əl-Qaidə” qruplaşmasının ekstremistləri Avropanın sürətli qatarlarına hücuma hazırlaşır. ANS PRESS-in Almaniyanın "Bild" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi verib. Onların dediyinə görə, “Əl-Qaidə” rəhbərlərinin telefon danışıqları dinlənilib. Müzakirənin mövzularından biri Avropada terrorların törədilməsi olub. Bu səbəblə əlaqədar Almaniyada təhlükəsizlik xidmətləri buna görə yüksək hazırlıq vəziyyətinə gətirilib.

Ekspertlərin fikrincə, ekstremistlər vaqonlarda və ya dəmir yollarında partlayıcı qurğu yerləşdirə bilərlər.

Təhlükə ilə əlaqədar Almaniya hakimiyyət orqanları 2 həftə əvvəl sürətli qatarlarıın yollarında və vağzallarda qabaqlayıcı tədbirlər görməyi qərara alıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar