“Əl-Qaidə” Almaniyanı qorxudan müraciət yayıb
19 Sentyabr 2009 Şənbə 04:30
“Nə vaxt Əfqanıstanı sonuncu alman əsgəri tərk etsə, o zaman sonuncu mücahid Almaniyanı tərk edəcək”
İnternetdə “Əl-Qaidə”nin Almaniyaya qarşı terror aktları təhlükəsi yaradan yeni videoyazısı yayılıb. Videoyazıda bildirilir ki, Almaniya hökuməti öz qoşunlarını Əfqanıstandan ceri çağırmalıdır. Əks təqdirdə, parlament seçkilərindən sonra Almaniyanı “qorxunc oyanış” gözləyir.
“Əl-Qaidə” nümayəndəsi alman dilində səsləndirdiyi müraciətdə almaniyalı əsgərlərin Əfqanıstandan çıxarılmasını tələb edib: “Nə vaxt Əfqanıstanı sonuncu alman əsgəri tərk etsə, o zaman sonuncu mücahid Almaniyanı tərk edəcək”.
Almaniya təhlükəsizlik qüvvələri internetdə yayılan müraciətin yüksək təhlükə yaratdığını təsdiqləyiblər. Bununla bağlı gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Ötən gündən başlayaraq bütün hava limanları və bir neçə vağzallarda təhlükəsizlik qüvvələrinin avtomatlı əməkdaşları keşik çəkir. Onlara şübhəli görüən şəxsləri yoxlamaq tapşırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar