"Əl Qaidə" ABŞ-ı hədələdi
22 İyun 2009 Bazar Ertəsi 10:35
Təşkilatın Əfqanıstandakı lideri Mustafa Əbu Əl Yezid "ABŞ-ın başını əzmə strategiyasının" dəyişmədiyini bildirib

"Əl Qaidə" terror təşkilatı Pakistanın nüvə silahını əldə edəcəyi təqdirdə onu ABŞ-a qarşı istifadə edəcəyini bildirib. Təşkilatın Əfqanıstandakı lideri Mustafa Əbu Əl Yezid "Əl Qaidə"nin planları ilə bağlı olaraq, "ABŞ-ın başını əzmə strategiyasının" dəyişmədiyini qeyd edib. "Haberler.com"un məlumatına görə, o "Əl Cəzirə" televiziyasına açıqlamasında belə deyib.
Əl Yezid hədəflərinin amerikalılar ilə neft təsisatları olduğunu deyib. "Əl Qaidə düşmənə (ABŞ) qarşı genişmiqyaslı əməliyyatlarını davam etdirəcək".
O, Vaşinqton idarəçiliyinin müsəlman ölkələrindəki əsgərlərini geri çəkməsini, İsrail ilə yanaşı müsəlman ölkələrindəki qərbyönümlü hökumətləri dəstəkləməyi dayandırması halında Amerika Birləşmiş Ştatları ilə 10 illik atəşkəs barədə düşünə biləcəklərini vurğulayıb. /ANS PRESS/








DOSTLARINLA PAYLAŞ:

oyunlar