Əl-Qaidə ABŞ diplomatlarını qorxuya salıb
03 Yanvar 2010 Bazar 20:40
Əl-Qaidə ABŞ diplomatlarını qorxuya salıb. Birləşmiş Ştatlar Yəməndəki səfirliyini bağlamaq qərarına gəlib.
Birləşmiş Ştatlar höküməti Yəməndəki səfirliyini müvəqqəti olaraq bağlamaq qərarına gəlib və bu ölkədə yaşayan Amerika vətəndaşlarına daha da diqqətli olmağı məsləhət görüb.

Amerika diplomatik korpusunun yaydığı rəsmi məlumata görə, buna səbəb “Əl-Qaidə” terror təşkilatının ABŞ-a etdiyi hədələr olub. Digər məlumatlara əsasən isə, Birləşmiş Ştatlar və Britaniya höküməti Yəməndə aparılan terrorla mübarizə əməliyyatlarına qarşı mübarizə etmək üçün bir araya gəlib. Hər iki dövlət Yəməndə anti-terror əməliyyatları keçirməyə qərara verib.

Bu qərarın verilməsinə əsas səbəb isə Amerika Hava Yolları Şirkətinə məxsus təyyarədə baş tutmayan terror aktı olub. Terror aktını törətməyə cəhd göstərən Nigeriya vətəndaşının Yəmən ərazisində yerləşən “Əl-Qaidə” terror təşkilatına məxsus düşərgədə hərbi təlimlər keçdiyi bildirilir. Bu da rəsmi London və Vaşinqtona əsas təhlükənin Yəmən istiqamətindən gəldiyinə bir işarə olub.

Birləşmiş Ştatlar höküməti Yəmənə göstərilən hərbi yardımı iki dəfə artırmaq qərarına gəlib. Məlumatı ABŞ hərbi qüvvələrinin Yaxın Şərq və Əfqanıstanda keçirilən əməliyyatların komandanı Devid Petreus verib.

Qeyd edək ki, ötən il Vaşinqton Yəməndə keçirilən anti-terror əməliyyatlarına 70 milyon dollar maliyyə vəsaiti ayırmışdı. Birləşmiş Ştatlar prezidenti Barak Obama özünün həftəlik radio və internet çıxışında da Yəmən məsələsinə toxunub. Onun sözlərinə görə, Yəmən yoxsulluq və terrorizmlə mübarizə aparan bir ölkədir və Birləşmiş Ştatlar bu işdə Yəmənə kömək edəcək. Barak Obamanın dediyinə görə, “Əl-Qaidə” və digər terrorçular Birləşmiş Ştatların səfirliklərini və sözügüdən ərəb ölkəsinin dövlət binalarını bir neçə dəfə hədəfə alıblar və bunun qarşısını almaq üçün işlər davam etdirilməlidir.


Xatırladaq ki, bir həftə öncə Yəmən Hərbi Hava Qüvvələri tərəfindən keçirilən anti-terroor əməliyyatları zamanı 30-dan çox “Əl-Qaidə”çi məhv edilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar