Terror təşkilatı "Əl Qaidə"nin iki nömrəli adamı Ayman Əl Zavahiri pakistanlıları ölkələrini işğal edən Amerika Birləşmiş Ştatlarına qarşı cihada çağırıb. "CNN türk"ün məlumatına görə, islamçı internet saytalarından birində yer alan müraciətində o "cihada qatılmağın hər bir müsəlman pakistanlının vəzifəsidir", deyə bildirib.
Zəvahiri ruhanilər tərəfindən hər hansı kafirin bir müsəlman ölkəsinə basqın edəcəyi təqdirdə, bu ölkədə yaşayanların lazım olarsa hətta qonşu ölkələrin cihad üçün səfərbər olmalarının səs çoxluğu ilə qəbul edildiyini bildirib. /ANS PRESS/