İraqın Suriya ilə sərhədi yaxınlığında baş verən partlayış nəticəsində yeddi nəfər həlak olub. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, daha səkkiz nəfər ağır xəsarət alıb.
Hadisə kamikadzenin Əl-Kərim şəhərində polislərə hücum edərək özünü partlatması nəticəsində baş verib.
Xatırladaq ki, bu gün İraqın Bakuba şəhərində də partlayış törədilib və insident nəticəsində ən azı dörd nəfər həlak olub, 18 nəfər yaralanıb. /ANS PRESS/