El-Feth mescidinde baş veren hadiselerin teferrüatı melum oldu
19 Avqust 2013 Bazar Ertəsi 12:04
Hadise yerinde olan “The İndependent” qəzetinin müxbiri baş verenlerle bağlı melumat verib.
İngiltərənin “The İndependent” qəzetinin müxbiri Alastair Beach, Misirin paytaxtı Qahirədəki Əl-Fəth məscidində baş verən son hadisələrlə bağlı geniş məqalə hazırlayıb.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, A.Beach, yüzlərlə İslamçı çaxnaşma zamanı 12 saatdan artıq məscidin içində, ötən həftə baş verən hadisələrdə ölən insanların cəsədləri ilə birlikdə bağlı qapılar arxasında qalıb.
Müxbirin yazdığına görə, məscidin dəhlisini və namaz qılınan hissəni zəbt etmiş bir bölük əsgərin durşundan hiss olunurdu ki, onlar hər dəqiqə hücum edərək, içəridə qalmış yüzlərlə vətəndaşı qətlə yetirə bilərlər.
İki qardaşı içəridə qalan 20 yaşlı gənc Yasmin Əhməd bildirib ki, ordu və polis içəridəkilərin terrorist olduğunu bildirir, amma bu, elə deyil.
Müxbir, məqaləsində, saat 12.40 radələrində vəziyyətin qəfildən pisləşdiyini bildirir: “Əvvəlcə, çöldə atəş səsləri eşidildi. Bu vaxt meydanda olan aksiyaçılardan biri qışqırdı ki, “Müsəlman Qardaşlar” biz atəş açırlar: “Bunun ardınca, məscidin içində çaxnaşma qopdu. Qara geyimdə olan təhlükəsizlik qüvvələri məscidi mühasirəyə aldı. Çöldə əsl döyüş başladı. Nəhayət, bir dəstə silahlı əsgər, mühasirə sona çatdırmaq üçün dəhlizi keçib arxa otağın qapısının qarşısını kəsdilər. Qəfildən məscidin içində güclü partlayış qopdu və əsgərlər arasında qışqırıq səsləri gəldi. Bunun ardınca, çöldə qurulmuş barrikada tərəfdə daha güclü partlayış qopdu. İçəridə qalan insanlar partlayış səslərindən qorxaraq, qapıya axışaraq, çölə çıxmağa cəhd etdilər”.
DOSTLARINLA PAYLAŞ: