Əl-Ərabiyyə iranlı girovları göstərib
05 Avqust 2012 Bazar 14:20
İran girov vətəndaşlarının azad edilməsinə yardım üçün Türkiyə və Qətərə müraciət edib.
"Əl-Ərabiyyə" telekanalı Suriya üsyançıları tərəfindən tutulmuş iranlı girovları göstərib.

ANS PRESS telekanala istinadən bildirir ki, üsayançıların iddiasına görə, girov götürülmüş 48 adamın arasında «İslam inqilabı keşikçiləri» korpusunun üzvləri var.

Girovlar dünən şənbə günü götürülüb. İran rəsmən Türkiyə və Qətərə müraciət edib ki, girovların azad edilməsinə yardımçı olsunlar.

Qeyd edək ki, hər il minlərlə iranlı Suriyada Seyyidə Zeynəb türbəsini ziyarət etməyfə gedir. Hazırda türbənin yaxınlığında ağır döyüşlər gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar