Əl Cəzirə telekanalında kütləvi istefa
31 May 2010 Bazar Ertəsi 02:15
Əl Cəzirə telekanalının 5 qadın aparıcısı tutduqları vəzifədən istefa verib.
Mərkəzi Qətərdə olan və dünyanın nüfuzlu xəbər kanallarından biri olan “Əl Cəzirə” telekanalının 5 qadın aparıcısı tutduqları vəzifədən istefa verib. “Əl Həyat” qəzeti bu addıma səbəb kimi qadın aparıcıların mühafizəkarlıqdan uzaq geyimlərinin telakanal idarəsini qane etmədiyini göstərib.
Redaksiyadan mətbuata məlumat verən naməlum bir işçi isə problemin sadəcə qadınlar geyimləri ilə əlaqəli olmadığını, daha fərqli səbəblərin də olabiləcəyini deyib.
Qeyd edək ki, 1996-cı ildə yaradılan “Əl Cəzirə” telekanalı öz üslubu ilə ərəb dünyasının media vizyonunda inqilab yaradıb.
ABŞ isə bu kanalı radikal dini qruplaşmaların mətbuat sözçüsü olmaqda ittiham edir.
Xatırladaq ki, hazırda bəzi ərəb ölkələrində “Əl Cəzirə”nin nümayişi qadağandır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: