“Əl Cəzirə”: Qəddafinin silahdaşları Liviyanı tərk edirlər
01 Aprel 2011 Cümə 00:48
Onların ölkədən Tunis vasitəsilə qaçdığı bildirilir.
Liviya lideri Müammər Qəddafinin bəzi silahdaşları Liviyanı tərk edirlər. Bu barədə məlumatı “Əl Cəzirə” telekanalı yayıb. Telekanalın məlumatına görə, Liviya liderinin yaxınları Tunis vasitəsilə ölkədən qaçırlar. Lakin telekanal Müəmmar Qəddafi üçün çətin vaxtlarda siyasi meydanı tərk edənlərin adlarını açıqlamayıb.

BBC-nin məlumatına görə, Liviyanı tərk etmək istəyənlər arasında neft sənayesi və kəşfiyyat naziri, eləcə də, xarici işlər nazirinin müavini də var. Qeyd edək ki, bir gün əvvəl xarici işlər naziri Musa Kusa istefa verərək, Böyük Britaniyaya qaçıb və siyasi sığınacaq istəyib. Liviya hökuməti nazirin istefasını təsdiqləyib və bəyan edib ki, o, bu istəyini Tunisə müalicəyə getməsi ilə əlaqələndirib. “Reuters” agentliyinin məlumatına görə, XİN rəhbərinin istefasına onun dinc sakinlərə atəş açmaq barədə əmr verən Liviya hakimiyyətinin addımları ilə razılaşmaması səbəb olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar