Qətərin Əl Cəzirə telekanalı taliblərin Əfqanıstanda girov götürdüyü amerikalı hərbçinin kadrlarını nümayiş etdiriblr. Hərbçi iyunun 30-da şərqi Paktiya əyalətindəki hərbi bazadan iyunun 30-da yoxa çıxıb. Bir neçə gündən sonra isə taliblər onun girov götürülməsi barədə məlumat yayıblar.
Videoyazının iyulun 14-də edilidyi güman edilir. 28 dəqiqəlik söhbətdə əsgər adı, yaşını və doğulduğu yer barəsində məlumat verir. Döyüşçülər amerikalı əsgərdən müharibə haqqında nə düşündüyünü soruşurlar.
Özünü necə hiss edirsən sualına isə əsgər "Mən qorxuram, qorxuram ki, evə heç vaxt qayıda bilməyəcəm. Girovluqda cəsarətli olmaq çətindir" deyə cavab verib.
Pentaqon rəsmi olaraq girov əsgərin adını açıqlamır. /ANSPRESS/